8 C
Baku
Thursday, December 12, 2024

Beynəlxalq Enerji Agentliyi neftə olan tələbatın azalacağını proqnozlaşdırdı

Beynəlxalq Enerji Agentliyinin verdiyi məlumata görə, Çində yayılan koronavirusun təsiri nəticəsində birinci rübdə neftə olan tələbat azalaraq, gündə 435 min barel səviyyəsinə düşəcək.

İkinci rübdə hesablamalara görə tələbat gündə 1,2 milyon barel artacaq, üçüncü rübdə isə artıq 1,5 milyon barel səviyyəsinə çatacaq.

Banker.az xəbər verir ki, bu, iqtisadi stimullaşdırma tədbirləri sayəsində baş tutacaq.

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyi 2020-ci il üçün artım proqnozunu 365 min barel azaldaraq 825 min barelə qədər azaltdı və bu, 2011-ci ildən bəri minimum göstəricidir.

OPEC-in neft istehsalı neft terminallarının təcrid edilməsi və BƏƏ-nin neft hasilatını azaltması nəticəsində 2009-cu ildəki tənəzzüldən sonra minimum səviyyəyə enib.

“Koronavirus tələbata ciddi təsir göstərə biləcəyindən, istehsalçılar neft istehsalını azaltmağa məcburdurlar”, – hesabatda deyilir.

OPEC+ təşkilatının texniki komitəsi tələbatı olduğu səviyyədə saxlamaq üçün ötən həftə neft istehsalını daha 600 min barel azaltmağı tövsiyə edib 

Son xəbərlər
Digər xəbərlər