16 C
Baku
Wednesday, October 15, 2025

Beynəlxalq Enerji Agentliyi neftə tələbat artımı proqnozunu azaldıb

Beynəlxalq Enerji Agentliyi (IEA) bildirib ki, 2025-ci ildə dünyada neftə gündəlik tələbat 710 min barel təşkil edəcək. Bu göstərici sentyabr proqnozu ilə müqayisədə 30 min barel/gün azdır.

2026-cı ildə neftə gündəlik tələbat 699 min barel/gün olacaq ki, bu da əvvəlki proqnoz olan 698 min barel/gün göstəricisinə demək olar ki, bərabərdir.

Hesabatda qeyd olunur ki, OPEC+ ölkələri sentyabr ayında hasilat planını aşaraq neft hasilatını hədəf səviyyədən yuxarı çatdırıblar. Planlaşdırılan hasilat 36,04 milyon barel/gün idi, lakin faktiki hasilat 36,95 milyon barel/gün səviyyəsindədir. Beləliklə, alyans planı 910 min barel/gün üstələyib.

Sentyabr ayında IEA dünya üzrə neftə tələbatın artımını 737 min barel/gün səviyyəsində proqnozlaşdırırdı. Ümumi neft tələbatı 2025-ci ildə 103,87 milyon barel/gün, 2026-cı ildə isə 104,57 milyon barel/gün həcmində qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər