Beynəlxalq Enerji Agentliyi (IEA) bu il ilk dəfə olaraq 2023-cü il üçün qlobal neft tələbi üzrə proqnozunu azaldıb.
Agentliyin aylıq hesabatına əsasən, 2023-cü ildə gündəlik qlobal neft tələbatı 2.2 mln. barel artaraq, 102.1 mln. barel təşkil edəcək. Bu, iyun hesabatında proqnozlaşdırılandan 170 min barel azdır.
Beləliklə, Agentlik 2023-cü il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu bu il ilk dəfə azaldıb.
Agentlik qeyd edir ki, birinci rübdə gündəlik tələbat 100.5 mln. barel təşkil edib, ikinci rübdə isə bu göstərici 101.4 mln. barelə yüksəlib.
IEA-in proqnozuna əsasən, 2023-cü ilin üçüncü və dördüncü rübündə gündəlik qlobal neft tələbatı müvafiq olaraq 103.1 və 103.3 mln. barel səviyyəsində olacaq.