12 C
Baku
Wednesday, December 11, 2024

Beynəlxalq Enerji Agentliyi neft tələbi ilə bağlı proqnozunu açıqlayıb

Beynəlxalq Enerji Agentliyi (IEA) 2021-2022-ci illər üçün qlobal neft tələbi ilə bağlı proqnozunu aşağı salıb: təşkilat tələbin müvafiq olaraq gündəlik 5.4 milyon və 3.3 milyon barel artacağını gözləyir.

Banker.az xəbər verir ki, əvvəlki hesabatla müqayisədə hər il üçün proqnoz gündə 100 min barel azaldılıb.

“Ötən ay hesabatın dərcindən sonra həm 2021, həm də 2022-ci il üçün neftə tələb orta hesabla təxminən 100 min barel istiqamətində yenidən nəzərdən keçirilib. Hazırda qlobal neft tələbinin 2021-ci ildə sutkada 5.4 milyon barel, 2022-ci ildə isə 3.3 milyon barel artacağı gözlənilir”, – deyə mesajda bildirilir.

Dekabr ayı proqnozuna görə, 2021-ci ildə dünyada neftə tələb sutkada 96.19 milyon barel, 2022-ci ildə isə 99.53 milyon barel olacaq. Xatırladaq ki, 2020-ci ildə tələb gündəlik 90.83 milyon barel olub.

Son xəbərlər
Digər xəbərlər