Beynəlxalq Enerji Agentliyi (BEA) Asiya ölkələrində tətbiq olunan lokdaun səbəbindən neft üzrə proqnozunu aşağı salıb.
Banker.az bu barədə “Rg.ru”ya istinadən xəbər verir.
Bildirildiyi kimi, OPEC+ üzvü olmayan ölkələr 2021-ci ildə gündəlik neft hasilatını 0.6 milyon barel artıracaq.
2022-ci ildə bu rəqəm gündəlik 1.7 milyon barelə yüksələcək. Bu artımın yarısından çoxu (60%) ABŞ-ın payına düşəcək.
Bununla yanaşı, BEA neftə olan tələbatın artması ilə bağlı proqnozu aşağı salıb. 2021-ci ildə onun 5.2 milyon barel artması gözlənilir. Daha əvvəl bu göstəricinin 5.4 milyon barel təşkil edəcəyi ehtimal edilib.