20 C
Baku
Saturday, September 28, 2024

Beynəlxalq Enerji Agentliyi: OPEC+ neft hasilatını artırmalıdır

Beynəlxalq Enerji Agentliyi OPEC+ ölkələrinə neft hasilatını artırmağı tövsiyə edib. Bu, gələn ilin sonuna qədər pandemiya öncəki səviyyəyə qayıda biləcək tələbi ödəmək üçün lazımdır.

“OPEC+ dünyanın neft bazarını təchiz etmək üçün bütün “kranları” açmalıdır. Qlobal neft tələbatı bərpa olmağa davam edəcək və əlavə dəyişikliklər olmadığı təqdirdə, 2022-ci ilin sonuna qədər gündə 100.6 milyon barelə çatacaq. OPEC+ müqaviləsinə daxil olmayan ölkələrdə də istehsal artmalıdır, lakin bu böyümə ehtiyatların azalmasının qarşısını almaq üçün lazım olan səviyyədən aşağı olacaq”, – deyə Beynəlxalq Enerji Agentliyi bildirib.

Agentliyin verdiyi məlumata görə, 2022-ci ildə qlobal neft tədarükü “daha sürətli” keçəcək və OPEC + ölkələri arasında artımın hərəkətverici qüvvəsi ABŞ olacaq. Səudiyyə Ərəbistanı və Rusiyanın rəhbərlik etdiyi OPEC+ qrupu bu il iyul ayından 2022-ci ilin mart ayına qədər neft hasilatını 1.4 milyon barelə qədər artıra bilər.

Xatırladaq ki, OPEC üzvləri may ayında neft hasilatını 25.46 milyon barelə çatdırıblar ki, bu da bir ay əvvələ nisbətən 390 min çoxdur. Təşkilat OPEC-ə üzv olmayan ölkələrin hasilatı 0.8 milyon barel artıraraq 63.7 milyon barelə çatdıracağını gözləyir. İyunun 1-də OPEC+ ölkələri əvvəlki razılaşmalara sadiq olduqlarını təsdiq ediblər. Bu müqavilə çərçivəsində OPEC+ may-iyul aylarında hasilatı gündə 2 milyon barel artırırlar.

Son xəbərlər
Digər xəbərlər