Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü ildə gündəlik qlobal neft hasilatı üzrə proqnozunu 0.4 mln. barel azaldaraq, 1.2 mln. barelə endirib.
Cari ildə ortalama gendəlik qlobal neft hasilatı 101.1 mln. barel səviyyəsində olacaq.
“Bütövlükdə il üçün qlobal neft hasilatının artımı 2022-ci ildəki 4.6 mln. barelə müqayisədə sutkada 1.2 mln. barelə qədər yavaşlayacaq”, – hesabatda qeyd olunur.
Ötən ay IEA qlobal neft hasilatının sutkada 1.6 mln. barel artaraq 101.6 mln. barelə çatacağını proqnozlaşdırmışdı.