Beynəlxalq Enerji Agentliyi (IEA) 2024-2025-ci illər üçün gündəlik qlobal neft tələbi üzrə proqnozunu açıqlayıb.
2024-cü ildə orta gündəlik qlobal neft tələbatı 974 min barel (öncəki proqnoz – 962) artaraq, 103,06 mln. barel (öncəki proqnoz – 103,2) təşkil edəcək.
Hesabata əsasən, gələn il gündəlik qlobal neft tələbatı 979 min barel (öncəki proqnoz – 1,03 mln. barel) artaraq, 104,04 mln. barel (öncəki proqnoz – 104,23 mln. barel) təşkil edəcək.
Hesabatda qeyd olunur ki, ötən il gündəlik qlobal neft tələbatı 102,09 mln. barel təşkil edib.