Beynəlxalq Enerji Agentliyi (IEA) 2024-2025-ci illər üçün gündəlik qlobal neft tələbi üzrə proqnozunu açıqlayıb.
Agentliyin aylıq hesabatına əsasən, 2024-cü ildə orta gündəlik qlobal neft tələbatı 974 min barel (öncəki proqnoz – 962) artaraq, 103.06 mln. barel (öncəki proqnoz – 103.2) təşkil edəcək.
Hesabata əsasən, gələn il gündəlik qlobal neft tələbatı 979 min barel (öncəki proqnoz – 1.03 mln. barel) artaraq, 104.04 mln. barel (öncəki proqnoz – 104.23 mln. barel) təşkil edəcək.
Hesabatda qeyd olunur ki, ötən il gündəlik qlobal neft tələbatı 102.09 mln. barel təşkil edib.