Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üçün gündəlik qlobal neft tələbatının artım tempi üzrə proqnozunu azaldıb.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında bildirilib.
Hesabata əsasən, 2025-ci ildə gündəlik qlobal neft tələbatın artımı 2024-cü ildəki 830 min barellə müqayisədə orta hesabla 1 mln. barel təşkil edəcək (öncəki proqnoz göstəricidən 100 min barel azaldır). Beləliklə də, 2025-ci ildə neftə olan gündəlik qkobal tələbat 103,9 mln. barel təşkil edəcək.
Qeyd olunub ki, artım tempi üzrə proqnoz ilk növbədə qeyri-müəyyən makroiqtisadi perspektivlər fonunda azaldılıb.