Bu il qlobal gündəlik neft tələbatının artım tempinin 730 min barel səviyyəsində olacağı ehtimal olunur.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadən xəbər verir.
Hesabatda qeyd olunur ki, dünyada ticarət əlaqələrinin kəskinləşməsi fonunda gözlənti, əvvəlki proqnoz göstərici ilə müqayisədə 300 min barel azalıb.
Bununla yanaşı, IEA 2026-cı ildə neftə tələbatın artımı ilə bağlı proqnozunu açıqlayıb. Belə ki, Agentlik qeyd olunan göstəricinin gələn il 690 min barel təşkil edəcəyini ehtimal edir.
Eyni zamanda, IEA sürətlə dəyişən qlobal makroiqtisadi mühitə görə tələb proqnozları üzrə risklərin qaldığını vurğulayıb.