Beynəlxalq Enerji Agentliyi (IEA) 2024-cü il üçün qlobal neft tələbi üzrə proqnozunu artırıb.
Agentliyin aylıq hesabatına əsasən, 2024-cü ildə gündəlik qlobal neft tələbatı 1.2 mln. barel artaraq (öncəki proqnoz göstəricisindən 0.17 mln. barel çoxdur), 102.96 mln. barel təşkil edəcək (öncəki proqnoz – 102.79 mln. barel).
Hesabata əsasən, ötən il gündəlik qlobal neft tələbatı 101.72 mln. barel təşkil edib, bu illik müqayisədə 2.3 mln. barel artım deməkdir.
Qeyd edək ki, Agentlik 2025-ci il üçün müvafiq göstərici üzrə proqnozunu hələ ki açıqlamayıb.