14 C
Baku
Thursday, May 2, 2024

Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbi üzrə proqnozunu artırıb

Beynəlxalq Enerji Agentliyi (IEA) 2024-cü il üçün qlobal neft tələbi üzrə proqnozunu artırıb.

Agentliyin aylıq hesabatına istinadən verilən məlumata görə, 2024-cü ildə gündəlik qlobal neft tələbatı 1,2 mln. barel artaraq (öncəki proqnoz göstəricisindən 0,17 mln. barel çoxdur), 102,96 mln. barel təşkil edəcək (öncəki proqnoz – 102,79 mln. barel).

Hesabata əsasən, ötən il gündəlik qlobal neft tələbatı 101,72 mln. barel təşkil edib, bu illik müqayisədə 2,3 mln. barel artım deməkdir.

Qeyd edək ki, Agentlik 2025-ci il üçün müvafiq göstərici üzrə proqnozunu hələ ki açıqlamayıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər