13 C
Baku
Saturday, November 23, 2024

Beynəlxalq Enerji Agentliyi qlobal qaz tələbatı üzrə proqnozunu endirib

Beynəlxalq Enerji Agentliyi (IEA) 2024-cü il üçün qlobal qaz tələbatının və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün artım tempi üzrə proqnozunu azaldıb.

Bu barədə Agentliyin qaz bazarı üzrə hesabatında bildirilir.

Hesabata əsasən, IEA qlobal qaz tələbatı üzrə proqnozunu 2.5%-dən 2.3%-ə, LNG təchizatı artımını isə 3.5%-dən 3%-ə endirib.

“Qlobal qaz tələbatının 2024-cü ildə 2.3% artacağı proqnozlaşdırılır. Qlobal LNG tədarüklərindəki məhdud artımlar səbəbindən idxalçı bazarlarda artımın məhdud olacağını gözləyirik. Qaza tələbatın artmasının sənaye, yaşayış və kommersiya istehlakından qaynaqlanacağı gözlənilir. Beləliklə, qlobal qaz tələbatı təxminən 4.19 trilyon kubmetr olacaq”, – hesabatda qeyd olunur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər