Beynəlxalq İnvestisiya Bankının (BİB) mənzil-qərargahı Moskvadan Budapeştə köçürülür.
Macarıstanın hakimiyyət orqanları ilə bağlanılan sazişə əsasən, bankın rəhbərləri və əməkdaşları toxunulmazlıq hüququna malik olacaqlar, əmlakının və aktivlərinin üzərinə həbs qoymaq və ya müsadirə etmək mümkün olmayacaq, hətta Macarıstan hakimiyyət orqanlarının nümayəndələri xüsusi icazə olmadan bankın ərazisinə girə bilməyəcəklər.
“Vyana konvensiyasına müvafiq olaraq, bank digər beynəlxalq maliyyə təsisatları ilə eyni imtiyazları alacaq. Heç bir fərq olmayacaq”, – deyə Macarıstanın maliyyə naziri Gergey Qulyaş bankın fəaliyyətinin şərtlərini izah edib.
BİB-in mənzil-qərargahının Budapeştə köçürülməsi onunla izah edilə bilər ki, Macarıstan hazırda maliyyə mənbələri axtarışında Şərqə üz tutub. Bankın kapitalında ən böyük paya – təqribən 47 faizə Rusiya sahibdir. Macarıstanın özünün bu bankda payı 12 faiz təşkil edir. Bankın səhmdarlarından biri olan Macarıstanın hakimiyyət orqanlarının variantına görə, bu addım BİB-in reytinqinin qaldırılmasına, həmçinin bankın Mərkəzi Avropada mövqeyini möhkəmlənməsinə şərait yaradacaq.








