Federiko Qaliziya Beynəlxalq Maliyyə Korporasiyasına (BMK-İFC) risk və maliyyə üzrə yeni vitse-prezident seçilib.
Bu barədə BMK-dan bildirilib. Qeyd edilib ki, maliyyə sektorunda 25 ildən artıq təcrübəyə malik olan Federiko Qaliziya təşkilatın strategiya və siyasətlərinin formalaşdırılmasına kömək etməkdə mühüm rol oynayacaq.
Xatırladaq ki, Federiko Qaliziya bundan əvvəl İnter-Amerikan İnkişaf Bankında Baş risk meneceri, Avropa İnvestisiya Fondunun Risk və Portfelin İdarə Edilməsi şöbəsinin rəhbəri, Avropa İnvestisiya Bankı prezidentinin müşaviri vəzifələrində çalışıb. O, fəlsəfə doktoru dərəcəsinə malikdir. Yale Universitetində İqtisadiyyat üzrə təhsil alıb və risklərin idarə edilməsi və beynəlxalq maliyyə sahələrində MBA kursları tədris edib.