Bir sıra Avropa maliyyə inistitutlarının və inkişaf hökumətlərinin səhmdar payı olan
Frontclear maliyyə bazarları inkişaf şirkəti və nüfuzlu TCX maliyyə təşəbbüsləri fondu Azərbaycan bank sektorunda ilk çatdırılmayan forvard (NDF) sazişini “Unibank”la bağlayıb.
Bu saziş, “Unibank”a öz müştərilərinin valyuta risklərini minimuma endirmək və korporativ müştərilərinin uzunmüddətli maliyyə mənbələrinə çıxış imkanlarını daha da genişləndirməyə imkan yaradacaq.
Saziş Beynəlxalq Svop və Derivativlər Assosiasiyasının (ISDA) 2002 Master Agreement şərtlərinə uyğun olaraq həyata keçiriləcək.
“Unibank KB” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov nüfuzlu Frontclear şirkəti və TCX fondu ilə tərəfdaşlığın bankın müştəriləri üçün yeni imkanlar yaradacağını vurğulayıb: “Biz çox şadıq ki, NDF sazişi “Unibank”ın strategiyasında vacib hədəflərdən olan yerli biznesin maliyyələşdirməsində yeni imkanlar açacaq. Bu razılaşma korporativ müştərilərimizi sərfəli və az riskli olan maliyyə vəsaitləri ilə təmin etməyə daha çox şərait yaradacaq. Bununla da Unibank real sektorun inkişafına dəstəyini bir qədər də artırmaq imkanı əldə edəcək”.
Frontclear şirkətinin böyük vitse-prezidenti Andrey Şinkeviç saziş haqda fikirlərini bildirib: “Biz ilk sövdələşməmizi Azərbaycanda həyata keçirdiyimizdən və “Unibank”ın nümunəsində Azərbaycan bankına xarici NDF bazarına çıxışında əsas rol oynayan bazanın yaradılmasında iştirakımızdan qürur duyuruq. Saziş qlobal bazar oyunçularının ölkədə hüquqi riskləri azaltmaq imkanlarını gücləndirir və gələcəkdə Azərbaycanın pul bazarlarının inkişafı üçün meyar müəyyənləşdirir”.
TCX Maliyyə Fondunun baş vitse-prezidenti Jerome Pirose təmsil etdiyi qurumun bu müqavilədə tərəfdaşlığından məmnun olduğunu bildirib: “Frontclear” kredit və hüquqi risklərin aspektlərinə böyük diqqət ayırdığından, bu tərəfdaşlıq TCX-yə partyorluq münasibətlərinin gələcəkdə inkişafı üçün birbaşa qarşılıqlı əlaqə imkanı yaradır”.
Frontclear haqqında
Frontclear, Niderland Krallığında təsis edilən, sabit və inklüziv pul bazarları ilə məşğul olan maliyyə inkişaf şirkətidir. Onun investorları əsasən Avropa maliyyə qurumları və inkişaf hökumətləridir. Milli valyutadakı aktivlərin girov idarə etmə məqsədləri üçün istifadə olunacağı təqdirdə, qarşı tərəfin kredit riskini ödəmək üçün kredit zəmanəti verməklə, Frontclear EMDC (Economically More Developed Country) bankları üçün qlobal və yerli banklararası bazarlara çıxış imkanı yaradır. Bundan əlavə, Frontclear sağlam pul bazarlarının inkişafına yönəlik texniki yardımlar da təklif edir. Bu günədək 13-dən çox ölkədə 900-dən çox borclu və tənzimləyiciyə təlim verib, mərkəzi banklar və yerli benefisarlarla onlarla partnyorluq sazişinə imza atıb.
Unibank haqqında
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycanın ən böyük özəl banklarındandır. Dünyanın ən böyük maliyyə qurumlarından olan AYİB “Unibank”ın əsas səhmdarlarından biridir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Hazırda Unibank 1 milyondan çox fərdi və korporativ müştəriyə xidmət göstərir. 27 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
TCX haqqında
TCX Fondu Amsterdamda korporativ bazası və ofisləri olan, 80-dən artıq maliyyə bazarında uzun müddətli valyuta svopları və ekspedisiyaları təklif edən qlobal inkişaf maliyyə təşəbbüsüdür. Bir sıra beynəlxalq maliyyə inistitutları tərəfindən yaradılan Fond, 2007-ci ildə fəaliyyətə başlayıb və o vaxtdan bəri 3000-dən çox tranzaksiya üzrə ümumi həcmi 6,5 milyard ABŞ dolları olan hedcləmə alətləri əməliyyatı həyata keçirib. Bu gün fondun sərhəd bazarlarının 60 valyutasında 4 milyard ABŞ dollarından çox pulu var. Bu vasitə ilə Fond beynəlxalq bazarlarda iştirakı məhdud ölkələrin beynəlxalq kapital bazarına çıxışını təmin edir.