14 C
Baku
Saturday, April 27, 2024

Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis – Bank Respublika ASC

Bank Respublika ASC “Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika Sizə Faydalı prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal-hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-dən artıq əməkdaş çalışmaqdadır. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Xarici və beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə işgüzar görüşləri təşkil edir;
• Müxtəlif maliyyə qurumları üşün bankın fəaliyyəti haqqında təqdimatlar hazırlayır və həyata keçirir;
• Potensial əməkdaşlıq olan xarici və beynəlxalq maliyyə qurumları haqqında məlumat toplayır;
• Əlaqə yaradılmış bütün maliyyə və digər təşkilatların qeydiyyatını aparır;
• Xarici  və beynəlxalq maliyyə qurumlarından kredit xətlərini cəlb edir;
• Sənədli əməliyyatlar ilə əlaqədar müştəri sorğularını yerinə yetirir;
• İş ilə bağlı gündəlik əməliyyatların yerinə yetirilməsi, mövcud işlərlə bağlı qərar qəbul edilməsi və idarə edilməsinə aid öhdəliklər.

Namizədə qarşı tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
• İş təcrübəsi: bank sektorunda, beynəlxalq təşkilatlarda arzuolunandır;
• Azərbaycan və İngilis dili – əla (yazılı və şifahi);
• Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• “Trade finance” üzrə geniş bilgilər və təcrübə;
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 03 fevral 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər