6 C
Baku
Sunday, December 15, 2024

Beynəlxalq Qaz İttifaqı LNG bazarına təzyiq edən amilləri açıqlayıb

Rusiyaya qarçı tətbiq edilən sanksiyalar, zavod avadanlıqlarının korynəlməsi, eləcə də Qırmızı dənizdə tanker gəmilərinə hücumlar dünyada mayeləşdirilmiş təbii qaz (LNG) qıtlığına səbəb ola bilər.

Bu barədə Beynəlxalq Qaz İttifaqının (IGU) müvafiq hesabatında bildirilir.

Hesabata əsasən, dünyada LNG istehsal gücünün təxminən dörddə birinin 20 ildən çox yaşı var və bu, avadanlıqların dəyişdirilməsi ehtiyacını artırır.

Bundan əlavə, Asiya-Sakit Okean regionunda yanacağa artan tələbat və Qırmızı dənizdə daşıma ilə bağlı təhlükəsizlik riskləri qlobal LNG tədarük zəncirinə təzyiq göstərir və çatışmamazlıq ehtimalını daha da artırır.

Qeyd etmək lazımdır ki, 2 noyabr 2023-cü ildə ABŞ “Novatek”in “Arctic LNG 2” layihəsinə qarşı sanksiyalar tətbiq etdi və bu səbəbdən şirkət Cənubi Koreyada sifariş edilən buz sinifli qaz tankerlərini ala bilmədi.

2023-cü il dekabrın 12-də ABŞ LNG istehsalı üçün avadanlıq istehsal edən Rusiya müəssisələrinə, o cümlədən “Northern Technologies”, “Kazankompressormash” və “Gazprom Linde Engineering” şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

Avropa İtiifaqı 2025-ci ilin yazından (doqquz aylıq keçid dövründən sonra) Rusiyanın mayeləşdirilmiş təbii qazının Avropa limanları vasitəsilə üçüncü ölkələrə tranzitinə məhdudiyyətlər tətbiq etdiyini elan edib. Həmçinin Aİ “Arctic LNG 2” və “Murmansk LNG” layihələrinin tamamlanması üçün investisiyalar, mal və xidmətlərin göstərilməsini qadağa edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər