8 C
Baku
Thursday, December 12, 2024

Beynəlxalq Sığorta Şirkəti bütün filiallarını bağlayıb

“Beynəlxalq Sığorta Şirkəti” ASC Gəncə, Sumqayıt və Şəki şəhərlərindəki filiallarının fəaliyyətini dayandırıb. Bu barədə  Şirkətdən məlumat verilib.

Məlumata görə, filialların bağlanması xərclərin optimallaşdırılması istiqamətində aparılan tədbirlər çərçivəsində baş tutub. Bununla da şirkətin filialı qalmayıb.

Hazırda Beynəlxalq Sığorta Şirkətində sığorta məhsullarının satışı yalnız baş ofisdə – Bakı şəhərinin Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi,56 ünvanında həyata keçirilir. Şirkət sığorta hadisələri ilə bağlı müraciətləri isə həm baş ofisində, həm də paytaxtın Yasamal rayonunun Nəcəfqulu Rəfiyev küçəsi,17/26 ünvanındakı Xətai ofisində qəbul edir.

Xatırladaq ki, Beynəlxalq Sığorta Şirkəti 2002-ci ildə yaradılıb. Şirkətin 100% səhmdarı Azərbaycan Beynəlxalq Bankıdır.

Report

 

Son xəbərlər
Digər xəbərlər