Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Beynəlxalq Sığorta Şirkəti” sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Banker.az Bakı Fond Birjasına istinadən məlumat verir ki, sənədsiz səhmlərinin həcmi 6 milyon manat təşkil edir.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 10 min manat qiymətli kağızın miqdarı isə 600 ədəddir.
Yerləşdirmənin anderrayteri “İnterneyşnl Tranzakşn Sistem” MMC-dir.