Qoşqar Şəkərəliyev Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinin tərkibini tərk edib. Bu barədə agentlik şirkətin saytına istinadən məlumat verir.
Q.Şəkərəliyev, həmçinin baş anderrayter-şirkətin Sığorta və təkrarsığorta departamentinin direktoru vəzifəsini tutub.
Beynəlxalq Sığorta Şirkəti 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən yaradılıb.
Trend