Asiya İnkişaf Bankı 2015-ci il üçün Azərbaycanın iqtisadi artımını 3,5 faiz səviyyəsində proqnozlaşdırır, baxmayaraq ki, əvvəlki göstərici 4,8 faiz idi.
Bu barədə AİB-in Azərbaycan nümayəndəliyinin baş iqtisadçısı Nail Vəliyev bildirib.
N.Vəliyev deyib ki, AİB bu ilin yekunları üzrə Azərbaycanda ümumi daxili məhsulun artımını 3 faiz səviyyəsində proqnozlaşdırır. Əvvəl isə bu göstəricinin 5 faiz olacağı nəzərdə tutulmuşdu.
“Bu rəqəmlər iqtisadi artım proqnozları barədə ilkin məlumatlardır. İqtisadi araşdırmalar gələn ilin fevral ayında başa çatacaq və yekun rəqəmlər apreldə açıqlanacaq”, – deyə N.Vəliyev qeyd edib.
AzərTAc