17 C
Baku
Friday, October 18, 2024

Beynəlxalq təşkilatlar ticarət məhdudiyyətlərini yumşaltmağa çağırıb

Koronavirus (COVID-19) pandemiyası, tədarük zənciri ilə bağlı problemlər və Rusiyanın Ukraynada hərbi əməliyyatlarının nəticələri ərzaq, yanacaq və gübrə bazarlarının fəaliyyətini əhəmiyyətli dərəcədə pozub.

Bu barədə Dünya Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Beynəlxalq Valyuta Fondu (IMF), Ümumdünya Ərzaq Proqramı (WFP) və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbərlərinin birgə bəyanatında bildirilir.

WFP-nin məlumatına əsasən, 82 ölkədə 345 milyon insan qida çatışmazlığı ilə üzləşə bilər: “Bu vəziyyət 25-ə yaxın dövlətin ərzaq məhsullarının ixracını məhdudlaşdırması ilə daha da pisləşib. Nəticədə son bir ildə gübrələrin qiyməti iki dəfə artıb”.

Sadalanan təşkilatların rəhbərləri böhranın daha da dərinləşməsinin qarşısını almaq üçün bu tədbirlərin həyata keçirilməsini təklif edib: ticarətə və beynəlxalq ərzaq təchizatına dəstək; əhalinin həssas qruplarına təcili yardım; istehsalın genişləndirilməsi; kənd təsərrüfatına maliyyə vəsaitinin ayrılması.

Son xəbərlər
Digər xəbərlər