Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.
Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
15 noyabr 2021-ci il 351 nömrəli Qərara əsasən, beynəlxalq və regional təşkilatlara ödənişlərin üzvlük haqları, eləcə də beynəlxalq və regional maliyyə institutlarının səhm kapitalında iştirak üçün çəkilən xərclər vahid büdcə təsnifatına daxil edilib.