9 C
Baku
Tuesday, December 24, 2024

Beynəlxalq Valyuta Fondu Argentinaya 4.7 milyard dollar ayırır

Argentina hökuməti və Beynəlxalq Valyuta Fondu (BVF) uzadılmış kreditləşməni davam etdirmək və 4.7 milyard dollarlıq yeni tranş ayırmaq barədə razılığa gəliblər.

Bu barədə ölkənin iqtisadiyyat naziri Lui Kaputo bildirib.

Nazir bildirib ki, razılaşma yeni deyil: “Bu, məqsədlərin yerinə yetirilməməsi səbəbindən qüvvədə olmayan əvvəlki razılaşmanın yenidən bərpasıdır. Bunlar yeni alətlər də deyil və 4.7 milyard dollarlıq tranş ödənişləri qarşılamaq üçündür”.

Qeyd olunub ki, razılaşma indi BVF-nin Rəhbərlər Şurasına təqdim ediləcək və yekun təsdiqdən sonra Argentina tranşa çıxış əldə edəcək.

BVF bildirib ki, müzakirə olunan tranş yeni hakimiyyət orqanlarının makroiqtisadi sabitliyi bərpa etmək və qətiyyətli səylərini dəstəkləmək üçün nəzərdə tutulub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər