8 C
Baku
Friday, December 13, 2024

Beynəlxalq Valyuta Fondu Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu yeniləyib

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 2.5% artacağını proqnozlaşdırır.

Bu barədə IMF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının oktyabr sayında bildirilir.

Sənədə əsasən, bu, Fondun aprel proqnozu ilə müqayisədə 0.5 faiz bəndi azdır.

IMF gələn il və 2028-ci ildə Azərbaycan iqtisadiyyatının 2.5% artacağını gözləyir ki, bu da, əvvəlki proqnozla müqayisədə 0.1 faiz bəndi azdır.

Azərbaycan hökuməti ÜDM artımını 2023-cü ildə 2.7%, 2024-cü ildə isə 4.1% səviyyəsində proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər