12 C
Baku
Saturday, November 23, 2024

Beynəlxalq Valyuta Fondu Somaliyə $100 mln. kredit ayırıb

Beynəlxalq Valyuta Fondunun (IMF) İcraiyyə Şurası Somali üçün geniş kredit xətti çərçivəsində təqribən 100 milyon ABŞ dolları məbləğində yeni üçillik sazişi təsdiqləyib. Bu vəsaitin 40 milyon ABŞ dolları dərhal ayrılacaq.

Bu barədə Somalinin “Shabelle Media” portalı məlumat yayıb.

Bundan əvvəl IMF maliyyə tərəfdaşları ilə birgə Somalinin xarici borc xidmətlərinə 4.5 milyard ABŞ dolları ayırmaq barədə qərar qəbul edib.

Qeyd olunur ki, IMF-nin maliyyə dəstəyi sayəsində Somali əsas iqtisadi və maliyyə təsisatlarının möhkəmləndirilməsində, eləcə də idarəetmənin təkmilləşdirilməsində əhəmiyyətli irəliləyişə nail olub. Lakin əldə olunan nailiyyətə baxmayaraq, Somali ciddi problemlərlə, o cümlədən iqtisadi, sosial, iqlim riskləri və təhlükəsizlik riskləri ilə bağlı problemlərlə qarşılaşır.

Nəşrin məlumatına görə, 2022-ci ildə Somali əhalisinin 54% 1 günü azı 2 ABŞ dollara yaşamaqla başa vurub. Hazırda ölkədə müşahidə olunan iqtisadi artım yoxsulluq səviyyəsinin azaldılması üçün kifayət etmir. Somali ölkənin iqtisadi artımına zərbə vuran və yoxsulluğun azaldılması üzrə səylərə mane olan iqlim sarsıntılarına çox həssas ölkədir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər