26 C
Baku
Wednesday, April 24, 2024

Beynəlxalq valyuta, maliyyə və kredit münasibətləri

XX yüz illiyin münasibətləri yeni inkişaf vüsəti alır. Açıq iqtisadiyyat quruculuğu yaradılmasının ümumi istiqamət götürməsi genişlənir. Bu vəziyyət əmtəə mübadiləsinin intensivləşməsinə, beynəlxalq maliyyələşdirmənin inkişafına güclü zəmin yaradır. Buradanda yeni valyuta bazarlarının əmələ gəlməsinə müxtəlif ölkələr arasında valyuta- maliyyə münasibətlərinin genişlənməsinə obyektiv qanuna uyğun zərurət yaranır. 

Valyuta münasibətləri pulun dünya pulu kimi fəaliyyət ilə bağlı iqtisadi münasibətlərin məcmusundan ibarətdir. Pul dünya pulu olmaqla xarici ticarətə və xidmətlərə, kapitalın hərəkətinə, mənfəətlərin investisiyaya çevrilməsinə xidmət edir. Borc verilməsini, maliyyə yardımı göstərilməsini, elmi- texniki mübadilənin, turizmin, hər cürə pul götürmələrinin genişlənməsinin həyata keçirir. Valyuta münasibətləri, beynəlxalq səviyyədə həyata keçirilir. Milli səviyyədə bu münasibətlər ancaq milli valyuta sistemini əhatə edir. Milli valyuta sistemi (M.V.S.) hər bir ölkənin valyuta münasibətlərinin təşkili forması olub, onun valyuta qanunçuluğu ilə müəyyən edilir. M.V.S. -in əsas cəhəti hər bir ölkənin iqtisadiyyatının inkişaf dərəcəsi və xüsusiyyəti ilə əks olunur. Həmçinin başqa ölkələrə olan iqtisadi əlaqələrdə öz əksini tapır.

2.Milli valyuta aşağıdakı cəhətlər ilə səciyyələnir:

  • Milli valyuta vahidliyi;
  • Rəsmi qızıl valyuta ehtiyatlarının tərkibi;
  • Milli valyuta bərabərliyi və valyuta məzənnəsinin formalaşması mexanizmi;
  • Valyuta dönərliyi şərtləri;
  • Ölkədə xarici, iqtisadi hesablaşmaların həyata keçirilməsi qaydası və s.;

Milli Valyuta sistemləri arasındakı əsas əlaqə valyuta məzənnəsi və bərabərliyi ilə həyata keçirilir, Beynəlxalq valyuta sistemi (B.V.S.) dünya təsərüfatı miqyasında valyuta münasibətlərinin təşkili formasıdır. Bu sistem dünya kapitalist təsərüfatının təkamülü nəticəsində meydana gəlmiş və dövlətlər arası hüquqi cəhətdən təsbit edilmişdir. Beynəlxalq Valyuta sisteminin əsas elementləri bunlardır:

  • Milli və kollektiv valyuta Ehtiyatı;
  • Pula çevrilə biləcək, beynəlxalq aktivlərin tərkibi və quruluşu;
  • Valyuta bərabərliyi və kursu mexanizmi;
  • Qarşılıqlı valyuta dönərliyi şərtləri;
  • Beynəlxalq hesablamaların formaları;
  • Beynəlxalq valyuta bazarının və dünya qızıl bazarının üsul qaydası;
  • Dövlətlərarası valyuta – maliyyə münasibətləri tənzim edən valyuta – kredit təşkilatları;

3. Beynəlxalq valyuta fondu və beynəlxalq rekonstruksiya və inkişaf bankının statusu. Beynəlxalq valyuta sisteminin ən başlıca vəzifəsi ondan ibarətdir ki, Beynəlxalq hesablaşmaları, valyuta bazarlarını tənzim etsin. Bununlada iqtisadi artımın sabitliyini təlim etmək, infilasiyanın qarşısını almaq, xarici iqtisadi mübadilə və tədiyyə əlaqələri yaratmaq imkanı əldə etmiş olsun.

Bu mənada B.V.S Beynəlxalq iqtisadi münasibətlərin genişlənməsi və məhdudlaşmasına təsir edən əsas mexanizmlərindən biridir.

Hazırda dünya ölkələri arasında xarici iqtisadi əlaqələrin artması ilə əlaqədar olaraq beynəlxalq valyuta əlaqələrində genişlənir. Ölkələr arasında valyuta münasibətləri dünya təsərüfatı sistemi səviyyəsində, beynəlxalq xidmətlər formasında, əmtəə və kapital ixracı əsasında yaranır. Beynəlxalq valyuta sistemi dinamik inkişafda olub, ardıcıl olaraq dəyişir, təkamül edir. Məhz bu təkamülün istiqaməti beynəlxalq münasibətlərdə böyük rolu olmuş, Qərb iqtisadiyyatının dəyişməsi ilə, bütövlükdə dünya təsərüfatının tələbatını və şəraitini dəyişilməsilə müəyyən edilir.

•1. Beynəlxalq valyuta sisteminin inkişaf mərhələləri.

Beynəlxalq valyuta sistemi öz inkişafında 4 mərhələ keçmişdir və buna uyğun olaraq 4 beynəlxalq valyuta sistemi mövcud olmuşdur. 1-ci valyuta sistemi – qızıl – standartı sistemi adlanır və XIX əsrin axırlarında kortəbii olaraq qərarlaşmışdır. Məlumdur ki, XVI-XVIII əsrlərdə bimetam pul sistemi mövcud olmuşdur.

Yəni tədavüldə qızıl və gümüşdən istifadə edilmişdir. XIX əsrin 60-70 ci illərində qızıla nisbətən gümüşün qiymətdən düşməsi özünü gösrərmişdir. Bir müddət vəziyyətdən çıxmaq üçün qızıl, gümüş sikkələrə deyil, qızıl külçələrinə dəyişdirilir. Bazarda 1866-1870-ci illərdə 15,5 kq gümüş 1 kq qızıla bərabər götürülürdü. Qızıl sikkələrinin gümüşü sıxışdırması nəticəsində bir çox dövlətlər bimetam pul sistemindən imtina etmişlər. Qızıl monometam pul sisteminə ilk dəfə İngiltərədə XVIII-əsrin axırlarında keçmişdir.

XIX əsrin axırlarında isə bu sistem kapitalizm ölkələrində daha hakim olmuşdur. Qızıl standartı şəraitində:

  • Hər bir valyuta vahidi müəyyən qədər qızıl məzmununa malikdir. Sərbəst olaraq qızıl sikkələr hazırlamağa icazə verilir;
  • İstər ölkə daxilində və ya istərsədə ölkədən kənarda valyutanın dönərliyi – qızıla dəyişdirilməsi təmin edilirdi.

Ona görə də dövlətin iqtisadiyyata qarışması ilə qızıl standart mexanizmi ilə müəyyən edilən valyuta kursu ilə dəyişdirilir.

Deməli qızıl sikkə sistemində valyutanın kursu və dəyəri müəyyən miqdar qızıl ilə idarə olunurdu.

Məsələn: B.Britaniyada 1821- ildən 1 funt sterlinq 7,322385 qr xalis qızıl məzmununa malikdir. Bir alman markası 1873-ildən 0,385422 qr qızıla bərabər götürülürdü.

Ona görədə müəyyən hesablaşmalarda bir alman markası funt sterlinqə nisbətən 20,43 dəfə az qızıla bərabər götürülürdü.

Qızıl külçə sistemində hər bir bank bileti sikkəyə deyil külçəyə dəyişdirilirdi. Qızıl sikkələr kəsmək nümunəsini müəyyən etmək və s. ehtiyac qalmırdı.

Qızıl sikkələr daxili bazarlarda deyil ancaq xarici hesablaşmalarda istifadə edilirdi.

Üçüncü sistem. Qızıl deviz standart sistemdir. Bu sistemdə deviz olaraq dollar və ya funt sterlinq əsas götürülür.

Bunlarda müəyyən qızıl kursuna malik olur. Başqa ölkənin bank biletləri bir başa qızıl deyil, bu devizlərə dəyişdirilir. Sonra onların malik olduğu kurs əsasında qızıla çevrilirdi.

Bu sistemi 1922-ildə İtaliyada Geniya konfransının qərarı nəticəsində yaranmalıdır. Bu konfrans aprelin 10-dan mayın 19 – dək davam etmişdir. İqtisadi maliyyə məsələləri müzakirə edilirdi. 28 kapitalist ölkəsi iştirak edirdi. Fərəhli haldırki Sovet dövlətinin nümayəndə heyətinə N.Nərimanov rəhbərlik etmişdir. Bu sistem sonralar bir çox kapitalist dövlətləri tərəfindən qəbul edilmişdir.

1931-də B.Britaniya kağız pulların qızıla dəyişdirilməsi öhtəliyindən imtina edir. Beləliklə, bir çox dövlətlər qızıl standartdan əl çəkirlər.

ABŞ 1933 -ildə valyuta ilə qızılın əlaqəsini ləğv etdi.

1934-də yenidən qızıl standartına qayıtdı. Lakin dolların qızıla olan bərabərliyini (qızıl kursunu) azaltdı.

Əvvəlkinin 54%-nə bərabər kurs götürdü.

  • Qızıl sikkələr sərbəst olaraq qızıl külçələrə dəyişdirilə bilər: qızıl sərbəst idxal və ixrac edilir. Beynəlxalq qızıl bazarında alınıb satılır;
  • Ölkə daxilində olan qızıl ehtiyyatı ilə daxilində pula olan tələb arasında nisbətən ciddi riayət edilirdi.

 Qızıl standarta əsaslanan Beynəlxalq hesablaşmalar mexanizmin müəyyən edilişi kursu ilə həyata keçirilirdi. Qızıl standart sistemi: qızıl sikkə, qızıl külçə və qızıl deviz standartları adı altında təzahür etmişdir. Bu qızıl standartının bir formasına digər formaya təkamül etməsi dünya kapitalizm sisteminin inkişaf gedişi ilə bağlı olmuşdur.

2. Dünya müharibəsindən sonra inkişaf etmiş ölkələrin lideri 30-cu illərin böhranına səbəb olan nöqsanlardan qurtarmaq üçün 1944-cü ildə Amerikanın Bretton-Vuds şəhərində Beynəlxalq konfrans çağrılır.

Avropa valyuta sisteminə daxil olan valyutalar və Avropa hesablaşma vahidi olan EKYU- da onların xüsusi çəkisi (EKYU-nun səbəti).

Fransa frankı – 19,3%

Almaniya markası – 30,0%

Britaniya funt sterlinqi – 12,6%

İtaliya lirası – 9,9

Holland quldeni – 9,5%

Belçika frankı – 7,8%

İspaniya pesto – 5,2%

Danimarka kronası – 2,5%

Portuqaliya eksuda – 0,8%

Yunan draxması – 0,7%

Lüksemburq frankı – 0,3%

•2. Beynəlxalq valyuta sistemi.

1. Kollektiv ehtiyat valyuta vahidlərindən biridə EKYU-dur. EKYU- səbətə daxil olan valyutaları dəyəri əsasında müəyyən edilir. Bura Avropa İttifaqına daxil olan 12 qabaqcıl Avropa dövlətləri daxildir.

Bu dövlətlər 1979-cu ildə EKYU yaradılması qərarına gəlmişlər. 1-EKYU-1,3 Amerika dollarına bərabərdir. EKYU- nun üzvü olan ölkələrin milli valyutalarını bu orta kursdan 2,25% fərqlənə bilərlər. Bu fərqlənmədən bəzi ölkələrə güzəşt edilmişdir. Bu güzəşt 1989-cu ildə həmin ittifaqa daxil olan İspaniya peseti üçün müəyyən edilmişdir. Eləcədə İtaliya üçün 1993-cü ildən 15% fərq olmasına güzəşt edilmişdir. EKYU-nun yaradılmasında əsas məqsəd Avropa İttifaqı Avropa ölkələrində valyuta kursunun sabitliyini təmin etməkdən ibarətdir. Həmçinin nəzərə almaq lazımdır ki, ABŞ dolları qızılı əvəz etməkdə o qədər də etibarlı hesab edilirdi. SSR-dən fərqli olaraq EKYU – da daha geniş tətbiq dairəsinə malikdir. Buradanda başqa bir səbəb meydana çıxır. EKYU -nun yaradılması Avropa valyuta sistemini dolların dəyişməsindən və ABŞ- ın iqtisadi hökümranlığından azad etməlidir.

Eləcədə Avropa birliyi dövlətləri arasında iqtisadi inkişaf əlaqələrini artırmaq, 1990 – ildə bu vahid valyuta sistemi xeyli genişlənir.

İngiltərə, İspaniya və Portuqaliya bura daxil olur.

1991-ildə Maastrix şəhərində (Niderlandiyada) vahid Avropa məkanı yaratmaq haqqında müqavilə imzalayırlar.

Avropa Birliyinin planına əsasən valyuta ittifaqı yaradılması planı 3 mərhələyə ayrılır.

  • I. Mərhələ -1998 ildən başlayır və ilin sonunadək Mərkəzi Avropa bankı yaratmaq nəzərdə tutulubdur.
  • II. Mərhələ 1999-2000 illər. Mərkəzi Avropa bankı valyuta dəyişilmələri əməliyyatlarında vahid valyutadan istifadə ediləcək . 2002-2003 Milli ölkələrin və qiymətli kağızların yeni Avropa pul vahidi adlanan YEVRO-ya dəyişdirilməsi həyata keçiriləcəkdir.
  • III. Mərhələdə isə Avropa valyuta -iqtisadi ittifaqı məkanında olan bütün bank hesabları Avropa valyutasına çevriləcəkdir.

2. Beynəlxalq iqtisadi və valyuta münasibətlərinin sabitliyinə kömək etmək məqsədi daşıyır. Avropa valyuta sisteminin işləmə fəaliyyəti və inkişafı Delor planı adlanan planda şərh edilmişdir. 1989-cu ildə Avropa birliyinin görkəmli xadimi (komisiyyanın sədri) J. Delor Avropa valyuta birliyinin 3 pilləli planını tərtib etmişdir:

1) Avropa birliyi ölkələrinin qarşılıqlı əlaqələndirilmiş iqtisadi və valyuta siyasəti;
2) Bu ölkələrin mərkəzi bankının təzis edilməsi;
3) Milli valyutaları, həmin ölkələrin vahid valyutası ilə əvəz edilməsi.

Beləliklə, YEVRO -nun yaranması və həyata keçirilməsi ilə bütün Avropa dövlətlərinin pul vahidləri arasında möhkəm bərabərlik yaradacaqdır. Bu isə öz növbəsində ona səbəb olacaqdır ki, birja alverçiləri bir Avropa valyutasını digərinə nisbətən qiymətdən düşməsinə təsir edə bilməsinlər. YEVRO -nun mövcudluğu ilə bu ittifaq daxilində valyuta əməliyyatları asanlaşacaqdır.

•3. Beynəlxalq valyuta və maliyyə kredit bazarı.

Beynəlxalq valyuta və maliyyə kredit bazarı dünya təsərüfatının və BİM -in tərkib hissəsidir. Beynəlxalq iqtisadi əlaqələrin genişlənməsi təsərüfat həyatını beynəlmiləlləşməsi bir ölkənin milli valyutasının başqa ölkənin valyutasına dəyişmək zərurəti yaradır. Bu zərurətin reallaşması isə xüsusi valyuta bazarı vasitəsi ilə həyata keçirilir. Bu bazar müxtəlif ölkələrin valyutaları, çekləri, vakkselləri, akreditləri ilə əməliyyat apardığı üçün Beynəlxalq valyuta bazarı adlanır. Beynəlxalq hesablaşma – Beynəlxalq valyuta maliyyə sisteminin əsas əlamətlərindən biridir. Bu sahədə olan bütün göstəricilər Beynəlxalq balanslarda öz əksini tapır. Bu balanslara aşağıdakıları aid etmək olar: ticarət balansı; xidməti balansı; kapitalın və kreditin hərəkəti balansı (KKHB), beynəlxalq borc; tələbnamə balansı; müəyyən dövr üçün hesablaşma balansı; tədiyyə balansı.

Ticarət balansı – müəyyən vaxt ərzində əmtəə ixracı ilə idxalı arasındakı nisbəti əks endirim. Xidmət balansı, qarşılıqlı xidmətlərin dəyərinin nisbətini göstərir.

Müasir valyuta bazarı üçün aşağıdakı cəhətlər xarakterikdir:

1) Valyuta bazarın beynəlxalq xarakterinin artması;
2) Valyuta əməliyyatlarında qlobal miqyasların əksinə olaraq aşağı özəklərə müəyyən hüquq verilməsi. Elektron hesablaşmaları vasitəsi ilə banklar tərəfindən əməliyyatlar aparılması;
3) Valyuta əməliyyatlarının vahid şəklə -ümumi haлa salınması;
4) Alverçi əməliyyatlarının artması;
5) Valyuta kursunun qeyri sabitliyi.

Aydındırki, beynəlxalq hesablaşmaların sabitliyində Beynəlxalq maliyyə – kredit institutlarının böyük rolu vardır. Ən böyük ixtisaslaşmanın beynəlxalq maliyyə kredit-institutları 1944- cü ildə yaradılmış beynəlxalq valyuta -fondu (B.V.F) və 1945- cü ildə yaranmış beynəlxalq rekonstruksiya və inkişaf (B.R.İ.B) bankı hesab olunur. Bu bankların hər ikisi BRETTON -BUDD konfransının qərarına əsas yaradılmışdır.

5.Valyuta dönərliyi problemi.

Valyuta münasibətləri məsələsində valyuta dönərliyi mərkəzi yeri tutur. Valyuta dönərliyi dedikdə, hər hansı bir milli valyutanın digər valyutalara dəyişdirilə bilməsi nəzərdə tutur. Əgər, milli valyuta sərhədlərdən kənarda işlənə bilərsə, əməliyyat aləti ola bilərsə, deməyə imkan verir ki, dünya miqyasında əmtəə dövriyyəsi həyata keçirilə bilsin. Tarixi baxımdan “dönərlik” və yaxud “sərbəst konvertləşmə” qızıl standart dövründə yaranmışdı.

Bank biletləri məhdudiyyətsiz qızıla dəyişdirilə bilirdi. Valyutanın qızıla dəyişdirilməsi birinci dünya müharibəsinə qədər mövcud olmuşdur. 1929- cu ildən isə hər bir ölkə qızıl tədavülüylə malik olmalıdır. Belə bir dönərliyi ancaq ABŞ dolları malikdir. 1971-ci ilədək mərkəzi banklar vasitəsilə qızıla dəyişdirilirdi. Deməli hazırda valyuta dönərliyini 2 növə ayırmaq olar: tam dönərlik, qismən dönərlik həyata keçirilir. 1958-ci ildən Qərbi Avropa ölkələrində qismən dönərlik həyata keçirilir. Ona görədə valyuta dəyərlərində “üzən” məzənnə deyilən məzənnədə mövcuddur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər