Beynəlxalq yarışda təşkilatçı tərəfindən pul mükafatına layiq görülmüşəm. Bu ödənişdən vergi ödəmək öhdəliyim varmı?
Banker.az xəbər verir ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən beynəlxalq ölkələr arası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyəri, habelə ölkədaxili respublika, regional, şəhər və rayon səviyyəli idman yarışları ilə bağlı Respublika İdman Fedarasiyaları, Assosiasiya və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyəri 50 000 manata qədər gəlir vergisindən azaddır.
Qeyd olunanlara əsasən beynəlxalq yarışlardan əldə etdiyiniz mükafatın tam dəyəri gəlir vergisindən azaddır.