“Azərbaycan Beynəlxalq Bank” ASC-də yeni departament – Kiçik və Orta Sahibkarlarla İş Departamenti yaradılıb.
Banker.az xəbər verir ki, bu departamentə əvvəllər ABB-nin “Səbail” filialının müdri olmuş Nuru Xəlilov direktor təyin edilib. Xəlilov işin icrasına 2019-cu ilin oktyabrında başlayıbmış.
Yeni yaradılmış departament Korporativ Biznes Departamentindən ayrılaraq yaradılıb.
Məlumat üçün bildirək ki, N.Xəlilov 2017-ci ilin martında lisenziyası ləğv edilmiş “Dəmir Bank” ASC-dən (həmin ilin martında) gəlib.