16 C
Baku
Monday, April 29, 2024

Beyni tonusda necə saxlamaq olar

Proqramları dəyişin

Beyin –kifayət qədər tənbəl bir orqandır. Daha bir dəfə əziyyət çəkməmək və əmək sərf etməmək üçün onlar bizi artıq formalaşmış proqramlar üzrə hərəkət etməyə məcbur edirlər. Həmişə işə eyni bir yol ilə getmək, gün ərzində eyni hərəkətlər və iş cədvəli, eyni idman hərəkətlərini və çalışmalar etmək və s.

Amma inkişaf etmək və “Şablon kapitanına” çevrilməmək üçün öz beynini mütəmadi olaraq, heç olmasa vaxtaşırı yeni neyron əlaqələri yaratmağa məcbur etmək lazımdır. Marşrutu dəyişin, kitabları baş-ayaq oxuyun, sol əl ilə yazın (əgər solaxaysınızsa əksinə). Bir sözlə, mümkün olan hər bir şeyi başqa cür etməyə səy göstərin

Tərkibində kurkumin olan qidalar tükədin

karri

Kaliforniya universitetində müəyyən ediblər ki, pendir, kərə yağı, sarıkök (karı) və zəncəfilin tərkibində olan kurkumin (bitki mənşəli sarı boyayıcı maddə) yaddaşın yaş artımı ilə əlaqədar olaraq zəifləməsini aradan qaldırır. Qidalanma məhsullarının tərkibində kurkumin elə də çox deyil, amma onu ekstrakt şəklində və ədviyyatların tərkibində rast gəlmək olar.

Atıcılıq oyunları oynayın

agry%20birds

Nyu-York Roçester Universitetinin ekspertləri iddia edirlər ki, atıcılıq oyunlarının həvəskarları ilk baxışda qərar və reaksiya vermək baxımından 85% daha surətlidir, nəinki bu oyunlar ilə maraqlanmayan insanlar. Həmçinin onlarda reaksiya və vizual qavrama daha yaxşı inkişaf edib.

Quru meyvələrdən istifadə edin

kuru%20meyve

Britaniya  Qida Təşkilatı  (British Nutrition Foundation) müəyyən edib ki, quru meyvələr (qax) yaxşıca bor mənbəyidir. –bu isə beynin aktivliyini stimullaşdırma qabiliyyətinə malikdir. 175 qram qurudulmuş meyvə (xuruş) sizin beyin mühərrikinizin fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılada bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər