Biz öz beş hisssiyat orqanımızdan asılı olmağa öyrəşmişik, lakin onların bəzən bizi aldatdıqlarını bilmirik. Beynin müxtəlif hissələri birlikdə bizdə reallıq haqqında təəssurat formalaşdırır. Lakin bəzən bu təəssuratlar həqiqətə zidd olurlar.
Məsələn:
1.Sizin gözləriniz sizi söz eşitməyə məcbur edə bilər. Siz kiminsə nəsə danışıdığını eşitdikdə hər şey çox sadə görünür. Digər insanın ağzından səslər çıxır və siz o, səsləri eşidirsiniz. Həqiqətdə isə, sizin gözləriniz sizi aldada bilər: əksər insanlarda görmə qabiliyyəti dominant hissdir, deməli, bəzən məhz gözlər sizin qulaqlarınızın eşitdiklərini müəyyənləşdirirlər. Bu illuziya Mak Herk effekti adlanır. Mak Herk effekti biz tanıdığımız insanla ünsiyyət quranda minimum dərəcədə müşahidə olunur. Lakin biz tanımadığımız insanı dinləyəndə maksimum dərəcədə özünü göstərir. Qarşınızdakı insanın necə geyindiyinin də əhəmiyyəti var. Siz şüuraltı olaraq ondan müəyyən sözləri gözləyirsiniz.
2. Sizin beyniniz siz sükan arxasında olanda sizin baxış nəzərinizdən bəzi obyektləri uzaqlaşdırır. Biz dəfələrlə optik illuziya nümunələrinə rast gəlmişik, lakin beynimiz bundan da artığını etməyə qadirdir. Məsələn, avtomobil idarə etdiyimiz zaman axşam vaxtı beynimiz işıqforun işığını rədd edir. Alimlər bunu belə izah edirlər: gün ərzində bizim beynimiz çox sayda məlumat əldə edir. Bu məlumatların bir hissəsi “lazımsız” olur. Buna görə beynimiz “lazımsız” məlumatları filtr edir.
3. Gözlərimiz yeməyin dadına təsir edə bilirlər. Gözlərimiz hər hansı bir qidanın nə qədər yararlı olub olmadığını təyin edir.
4. Bizim beynimiz ətrafımızdaki obyektlərin ölçülərini dəyişir. Buna bənzər illuziyaları görmək üçün göy üzünə baxmaq kifayətdir. Ay üfüqün üzərindən qalxarkən çox böyük görsənir, lakin bir neçə saatdan sonra o, tədricən “kiçilir” və gecə yarısına yaxın çox kiçik görünür. Bu, o demək deyil ki, qəfildən Ay Yer kürəsindən bir xeyli uzaqlaşdı. Ayın qarşısındakı obyektlər – ağaclar, evlər – üstünlük illuziyası yaradaraq onun böyük görsənməsini təmin edirlər.
5. Siz asanlıqla ayaqlarınız və əllərinizin yerini unuda bilərsiniz. Əgər sizin əlinizin yanına rezin bir əl qoysalar və sizdən hansı əlin sizin olduğunu soruşsalar, siz bu suala əminliklə cavab verəcəksiniz, lakin əslində yanılacaqsınız. Əgər sizin öz əliniz nə iləsə örtülübsə və siz onu görmüsünüzsə, yalançı əli öz əliniz hesab edirsiniz.
Bu anda sizin öz əlinizin temperaturu qəfildən enir. Digər sözlərlə, beyniniz fizioloji səviyyədə sizin öz əlinizin varlığını inkar edir. Bu illuziya onu sübut edir ki, beynimizin orqanları tanımasında gözlərimiz böyük rol oynayır.