9 C
Baku
Thursday, December 12, 2024

Beynin fəaliyyətini yaxşılaşdırmaq üçün 60 sadə məsləhət

1. Tapmacalar, bilməcələr və məntiqi məsələlər həll edin.

2. Həmişə ikimənalılığa və qeyri müəyyənliyə diqqət yetirin, yəni optik illüziyalar və paradokslar üzərində baş sındırın

3. Özünüzdə “ambidexterity” inkişaf etdirin – bu o deməkdir ki, siz sol əlinizi aparıcı qüvvə kimi istifadə etməlisiniz (əgər siz solaxay deyilsinizsə). Çalışın ki, dişlərinizi sol əliniz ilə fırçalayasınız. Kompüterin mausunu da sol əl ilə işlədin, bıçaq və çəngəlin yerini dəyişin.

4. Bəzi hissiyyat orqanlarını gücləndirmək üçün, müvəqqəti olaraq digərlərindən istifadəni dayandırın. Məsələn gözüyumulu şəkildə duş qəbul etməyə və ya yemək yeməyə çalışın, qulaqlarınızı tıxayaraq isə gündəlik olaraq, gördüyünüz adi işlər ilə məşğul olun.

5. Kompüter klaviaturasında hərflərin müxtəlif düzülüş qaydasında istifadə etməyi öyrənməyə çalışın.

6. Tamamı ilə müxtəlif mövzular arasında oxşarlıq və əlaqəlik tapmağa çalışın.

7. Öz yaradıcı mühakimə tərzinizi inkişaf etdirin

8. Adi əşyaları və ya alətləri hər hansı bir yeni formada istifadə və ya tətbiq etməyə cəhd göstərin. Misal üçün adi bir mismarı nə kimi istifadə edə bilərsiniz, bunun müxtəlif yollarını axtarın.

9. Öz fərziyyə və mülahizələrinizi elə özünüz də təkzib edin.

10. Ağlınıza gələn ilk cavab üzərindəcə dayanmayın. Özünüz yaratdığınız çərçivə hüdudlarından kənara çıxın.

11. Həmişə gerçəkliyin bütün mümkün variantları haqqında düşünün. Daima özünüzdən soruşun: «bəs, əgər?..»

12. Kompüterdə iş masasındakı rəsmi baş-ayaq çevirin.

13. Həmişə müxtəlif rəsmlər çəkməyə, cızma-qara etməyə çalışın, hətta rəssam olmasanız belə.

14. Hər hansı bir elmi metodu araşdırın.

15. Məntiqi testlər edin, məntiqlə düşünməyi öyrənin.

16. Hər hansı bir idman növü ilə məşğul olun.

17. Toplar ilə jonqlyorluq etməyi öyrənin.

18. Həmişə oturanda və ya gəzərkən qamətinizi düz saxlayın.

19. Gündə 2-3 litr su için.

20. Çin çubuqları ilə yeməyi öyrənin.

21. Klassik musiqiyə qulaq asın.

22. Səthi deyil, dərindən nəfəs alın.

23. Nəyinsə alınmayacağına görə keçirdiyiniz narahatlıq hisslərindən qurtulun və vacib işlərinizi sonraya saxlamayın.

24. Öz həyatınızı asanlaşdırın.

25. Arada ayaqyalın gəzin. Geyim tərzinizə dəyişiklik edin.

26. Özünüzdə şahmat və digər şahmat oyunları oynamaq vərdişi yaradın.

27. Lətifələri yadda saxlayın, zarafat edin, öz zarafatlarınızı yaradın, yumor hissinizi inkişaf etdirin

28. Gündəlik tutun.

29. Müşahidə qabiliyyətinizi itiləyin. Gün ərzində öz diqqətinizi müəyyən bir rəngdə və ya markadan olan avtomobildə konsentrasiya edin, daha sonra isə onları ümumi axında fərqləndirməyi və tapmağı öyrənin. Özünüz üçün bir mövzu fikirləşin və diqqətinizi həmin tapşırıqda cəmləyin.

30. Yeni bir xarici dil öyrənməyə başlayın

31. Kompüterdə proqramlaşdırmağı öyrənməyə cəhd edin.

32. Etnik məkanlara üstünlük verərək, müxtəlif restoran və kafelərdə nahar edin.

33. Sözləri tərsinə tələffüz etməyə cəhd göstərin, xüsusi ilə də uzun sözləri.

34. Jestlər dilini öyrənin.

35. Ətrafınızda şəraiti və vəziyyəti dəyişin. İlk öncə mebellərin yerini dəyişməkdən başla bilərsiniz

36. Müxtəlif mövzularda hekayələr, məqalələr, şerlər yazın və ya şəxsi bloqunuzu açın.

37. Sevdiyiniz musiqi alətində ifa etməyi öyrənməyə çalışın.

38. Vaxtın hərəkəti xəyalı olaraq qiymətləndirməyə çalışın. Daha sonra təxmininizi saatın real qiyməti ilə müqayisə edin.

39. Sürətli mütaliə etməyi öyrənin.

40. Həmişə hesablamalı beyində, yazmadan aparmağa çalışın, hətta çətin riyazi məsələləri də.

41. Konkret fikir üzərində diqqətinizi cəmləyərək meditasiya edin.

42. İnsanların adların yadda saxlayın.

43. Vərdiş etdiyiniz işləri görərkən sürətinizi dəyişin. Nəyisə çox asta, nəyisə çox sürətlə edin.

44. Televizora baxmaqdan imtina edin.

45. Qabaqcadan formalaşmış, koqnitiv və stereotip fikirlərdən uzaq olun

46. Özünüzü kiminsə yerinə qoyun, əgər siz onların yerinə olsaydınız, həmin problemi necə həll edərdiniz və ya əksinə təsəvvür etməyə çalışın ki, digər insanlar sizin olsaydı bu problemləri necə həll edərdi?

47. Diqqətinizi yerinə yetirilməli olan bir işin üzərində cəmləyin.

48. Həmişə yeni nəsə öyrənin.

49. Arada bir özünüzlə tək qalaraq, fikirlərinizi toparlayın. Bir az xəyal qurun və dincəlin.

50. Digər ölkələrə səyahət edin. Müxtəlif həyat tərzləri və yaşam üsulları haqqında fərqli şeylər öyrənməyə çalışın.

51. Özünü təsdiq etmiş və hamı tərəfindən tanınmış dahilərin işlərini mənimsəyin.

52. Özünüz üçün bir rəqib tapın və daima onunla rəqabətə girin, özünüzdən güclülər ilə yarışın.

53. Həyatda oxşar maraqlara sahib olduğunuz insanlar ilə ünsiyyət qurun.

54. Sizin fikrinizlə heç də həmişə razı olmayan insanlara qulaq asmağı öyrənin. Özünü yalnız sizinlə həmrəy və həmfikir olan insanlar ilə əhatə etməyə dəyməz.

55. Müdrik və maraqlı sitatları yazın.

56. Konkret məsələ və problemin həlli üçün “brain storm” (beyin fırtınası) yaradın.

57. Şüurunuzu və özünüdərki inkişaf etdirin.

58. Dünya klassiklərinin ədəbiyyatını oxuyun.

59. Öz problemlərinizi şifahi şəkildə səlis ifadə edin.

60. Həyanızdakı maraqlı hadisələri hətta ən xırda və incə detalları ilə təsvir etməyi öyrənin.

Son xəbərlər
Digər xəbərlər