16 C
Baku
Tuesday, April 30, 2024

Beynin sağ və sol yarımkürələrinin tandemi güclü menecmentin əsası kimi

Xalq psixologiyası baş beynin yarımkürələrin daşıdığı funksiyaların mahiyyətini özünəməxsus sadəliklə izah edir. “Sol yarımkürə” analitik düşüncə tərzinin müəyyən edilməsi üçün istifadə olunur, “sağ yarımkürə” isə yaradıcılıq qabiliyyəti və emosionallıq anlayışına gəlir. Bu sadələşdirmə bir az primitiv səslənsə də çox rahatdır. “Dəbdəbə Strategiyası” kitabının müəllifləri J.N. Kapferer və V.Bastyen vurğulayırlar ki, idarəedici komanda üçün bu keyfiyyətlərin hər ikisi lazımdır.

“Lüks” kateqoriyasında uğur qazanmaqdan ötrü sizdən yaradıcılıq və təxəyyül qabiliyyəti (baş beynin sağ yarım kürəsi) və eyni zamanda baş beynin sağ yarımkürəsinin dəqiqlik və təhlil etmə bacarığı tələb olunacaq. Əlbəttə ki, bizlərdən hər birini beyni iki yarımkürədən ibarətdir. Amma əksər hallarda onlardan biri digərindən daha çox inkişaf etmiş olur və dominantlıq edir.

Təməlində bütün imperiyanı yaradan yeganə-bir fərdin dayandığı klassik istehsalatdan (baş beynin sol yarımkürəsi) və hər şeyin yalnız fərdin şəxsi və individual xüsusiyyətlərindən asılı olduğu klassik incəsənətdən (baş beynin sağ yarımkürəsi) fərqli olaraq, “lüks” kateqoriyasında uğurun əldə edilməsi ən azından sağ və sol yarımkürənin tandemi sayəsində mümkün olur. Onlardan heç biri dominantlıq etmir, hər birinin öz zonası vardır.

Hamınıza Pyer Berje və İv Sen Loran arasında olan əməkdaşlıq münasibətləri, həmçinin Tom Ford və Domenik de Sole tandemi yaxşı tanışdır. Əslində, bütün “lüks” sinfinə məxsus olan brendlər möhtəşəm insan cütlükləri sayəsində yaranmışdır və bu brendi həmin cütlərin övladı kimi nəzərdən keçirmək olar. “Yaradıcı-administrator” tandemi “lüks” sinfinin xarakterik əlamətidir.

Müəlliflər Pyer Kardeni “lüks” sinfinə aid olan, lakin uğursuzluğa düçar olmuş brendlərə nümunə gətirir və onlar bunun səbəbini onunla izah edirlər ki, Karden tək işləyirdi. Hətta onu təkbaşına brendi idarəetmə sahəsində dahiyanə talanta sahib olması belə onun ulduz statusunu saxlamağa icazə vermədi.

Bəlkə də bu “idarəedici cütlük” yanaşması ola bilsin ki, hər şeyi çox sadələşdirir, -əlbəttə vaxtaşırı uğura hətta yaradıcı-yalquzaqlar, həmçinin biznesmen –yalquzaqlar da nail olur –Kopferer və Bastyen öz fikirlərini çox gözəl şəkildə çatdırırlar. Lüks brendlər sadəcə yaradıcılıq üzərində yaranan və ya təkcə praqmatik əməllər üzərində qurula bilməz.

Bu situasiyadan çıxardığımız dərs ondan ibarətdir ki, əgər idarəetmədə sağ və sol yarım kürələrin ideal ahəngi olmazsa çox az brendlər (və ya kompaniyalar) ilə uğura nail olmaq mümkündür. Biz hamımız təməlində dahiyanə ideyaların və ya düşüncələrin dayandığı və təsisçisi yaradıcı şəxs olan kompaniyaların müəyyən müddətdən sonra dalana dirəndiyinin şahidi olmuşuq, çünki bu yaradıcı insanlar kompaniyanı idarə etmək kimi çətin bir vəzifənin öhdəsindən rahat gələ bilmirlər. Ya da sadəcə insanları və rəqəmləri idarə etmək onlara darıxdırıcı görünür. Eyni zamanda biz həmçinin uğurlu kompaniyaların praqmatik insanların əlinə keçdikdən sonra öz üstünlüklərini itirməsini də görmüşük, çünki belə insanlarda brendin, məhsulların və satışların canlanması üçün lazım olan yaradıcılıq qığılcımı çatışmırdı.

Bəs sizin brend və ya kompaniya hər iki tip düşüncə tərzi ilə idarə olunurmu? Uğura nail olmaq üçün ya “idarəedici cüt” tələb olunur, yada yaradıcı və analitik yanaşma tərzini etmə birləşdirən rəhbərlik.

Son xəbərlər
 ⁠
Digər xəbərlər