17 C
Baku
Monday, May 20, 2024

Beynin sürətli işləməsinə təsir edən 12 vasitə

1. Siqaret çəkməyənlər üçün qəhvə və bulka. Qlükoza və kofeinin kombinasiyası diqqətliliyi artırır.

2. Saqqız isə diqqəti cəmləməkdə hətta kofeindən də üstündür. Amma düzünə qalsa bu effekt cəmi 20 dəqiqə çəkir.

3. Şəkil çəkin və cızma-qara edin. Əgər müəyyən problem haqqında düşünərkən paralel olaraq  rəsm çəksəniz, bu sizin konsentrasiyanızı artıracaq və yaddaşınızı gücləndirəcək.

4. Ağıllı insanlar barəsində- məşhur alimlər, uğurlu iş adamları haqqında düşünün. Ağıllı insanlar haqqında düşüncələr bir sıra assosiasiyalar axını yaradır («dahiyanə», «istedadlı», «talantlı»). Onlar insana özünü əqli cəhətdən düzgün kökləməyə imkan verir. Effekt 15 dəqiqə davam edir.

5. Digər insanlar ilə ünsiyyət qurun, onların həyatı ilə maraqlanın, tənhalıq hissinin sizə hakim kəsilməsinə icazə verməyin. Tənhalıq nəinki insanın koqnitiv (qavrama) qabiliyyətlərinə güclü zərbə endirir, həmçinin insanın vaxtından əvvəl ölümünə səbəb olur.

6. Fiziki məşğələlər.

7. Klassik musiqiyə qulaq asın. İstənilən digər musiqi neytral və ya mənfi təsir göstərir. Effekt olmur.

8.  Parçalara dağılmayın. Eyni anda çoxlu tapşırıq –bu özünə qarşı qəddarlıq deməkdir.

9.  Kişilər, çalışın ki, nəzər məkanında, gözünüzün qabağında gözəl qadınlar olmasın. Onlar haqqında ümumiyyətlə düşünməməyə çalışın. Qadınlara bu qayda şamil edilmir.

10. Yuxunuzu tam alın. Müxtəlif insanlar üçün tələb olunan yuxu davamiyyətinin miqdarı da müxtəlifdir. Yuxusuz qalmağı bacaranlara baxıb, özünüzə  zülm etməyin. Hamı üçün yuxu norması fərqlidir. Özünüzü yuxusuz elitaya bənzətməyə çalışmayın.

11.  Əgər sizə ipucu olacaq ,işıq yolu açacaq bir məsələ haqqında düşünürsünüzsə, onda üfüqü vəziyyət alın. Uzanıqlı vəziyyətdə noradrenalinin səviyyəsi aşağı düşür. Insanda fiziki boşalma gedir, bədən rahatlanır, kreativlik artır və son nəticədə siz çıxış yolunu, sizə lazım olan məsələnin həllini tapırsınız.

12. Özünüzə inanın. İnam koqnitiv (qavrama) qabiliyyətlərə təsir göstərir. Hətta adicə ağ xələtin əyinə geyilməsi belə dəqiqliyi və diqqətliliyi artırır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər