10 C
Baku
Thursday, December 12, 2024

Beyninizi bu mənfi təsirlərdən qoruyun

Kifayət qədər yatmamaq: Yuxusuzluq bütün insanlar üçün qlobal problemə çevrilib. Verilən məlumatlara görə son 100 ildə insanlar 20% az yatmağa başlayıblar. Güclü yuxusuzluq zamanı beyinin müxtəlif hissələri asta yuxu rejiminə keçirlər.  Bu zaman insanın fikri dağınıq hala düşür və beyinin işləmə qabiliyyəti pisləşir. Mütəmadi yuxusuzluq halında isə beyin hüceyrələri ölməyə başlayır.

Səhər yeməyi yeməmək: Səhər qida qəbul etməkdən imtina etmək beyinin qabiliyyətinə və gün ərzində insan tonusuna mənfi təsir göstərir. Bu hər kəsə aydın məsələdir, lakin burada məsələ orqanizmə lazımi enerjinin alınması deyil. Məsələ ondadır ki, səhər yeməyinin olmaması qanda şəkərin miqdarını azaldır. Bu isə öz növbəsində, beyinə qida maddələrinin daxil olmasını çətinləşdirir.

Həddindən artıq şəkər istifadə etmək:  Şəkərin, xüsusəndə şokoladın beyinə necə müsbət təsir etdiyini yəqin ki, hamımız bilirik. Lakin həddindən artıq şəkərdən istifadə  ptotein və qida maddələrinin mənimsənilməsi zamanı problemlər yaradır.

Stress: Güclü psixo-emosional gərginlik neyronlar arasındakı əlaqənin qırılmasına və səbəb-nəticə anlayışlarının qavranılmasında pozğunluqlara səbəb olur. Mütəmadi olaraq stress yaşamaq yaddaşı pisləşdirir və intellektual potensialın səviyyəsini aşağı salır.

Siqaret çəkmək:  Siqaretin zərərlərindən danışdıqda ağıla ilk olaraq qaralmış ağciyərlər və saralmış dişlər gəlir. Bununla yanaşı, siqaretin insan beyninə vurduğu ziyanlardan çox az danışlır. Nikotin qan damarlarını daraldır. Bunun əvəzində isə konyak onu genişləndirir.

Günəş:  Günəş şüasının kifayət qədər olmaması birbaşa olaraq insanın idrak qabiliyyətinə təsir edir. İlk olaraq günəş işığı ilə qəbul edilən ultrabənövşəyi şüalar qan-dövranını, daha doğrusu oksigen və qida maddələrinin axınını qaydaya salır. İkincisi isə, günəş şüası vasitəsilə insanda seretonin – əhval-ruhiyyəni yaxşılaşdıran hormon yaranır.

Su azlığı: Orqanizmdə su çatışmamazlığı beyinin həcminin azalmasına səbəb olur ki, bu da beyinin iş qabiliyyətini endirir və yadda saxlamaq qabiliyyətini demək olar ki, sıfır həddinə gətirib çıxarır. Bu səbəbdən də gün ərzində orta hesabla 2 litr su içmək məsləhət görülür.

Həddindən artıq çox informasiya: İllər keçdikdə insanın qavradığı və yadda saxladığı informasiyanın həcmi artır. İlk baxışdan bu beyinin məşqi kimi görünə bilər. Lakin əksinə bu informasiya çoxluğuna beyin bəzən müqavimət göstərir və lazım olduğu anda istədiyiniz informasiyanı xatırlaya bilmirsiniz.

Son xəbərlər
Digər xəbərlər