13 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

Beyrut şəhərinin bərpasına 2,5 milyard dollar lazım gələcək

faizlere

Avqust ayında minlərlə ton ammonium nitratın partlaması nəticəsində ciddi dağıntıların baş verdiyi Beyrutun yenidən qurulması planı Avropa Birliyi, BMT və Dünya Bankı mütəxəssisləri tərəfindən hazırlanıb.

“Daily Star” qəzetinə istinadən xəbər verilir ki, sənəd 18 ay üçün hesablanıb və bərpa işləri, zərər görmüş insanlara dəstək məqsədilə 2,5 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutur.

Eyni zamanda, beynəlxalq donorlar yaxın gələcəkdə Livanda islahatların aparılmasını öz üzərinə götürə bilən etibarlı bir hökumətin qurulacağını ehtimal edirlər.

Qeyd edək ki, avqustun 4-də Beyrut dəniz limanında güclü partlayış baş verib. Nəticədə şəhərdə və onun ətrafında minlərlə ev dağılıb və ya zədələnib, təxminən 200 nəfər ölüb, altı mindən çox insan yaralanıb, 300 mindən çoxu evsiz qalıb. Partlayışa qaynaq işləri zamanı ammonium nitratın alışması səbəb olub.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Apa.az
Son xəbərlər
360 380
Oxşar xəbərlər