12 C
Baku
Wednesday, November 12, 2025

Beyrutda fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı

Livan hökuməti Beyrut dəniz limanında baş vermiş partlayışla əlaqədar elan edilmiş fövqəladə vəziyyət rejimini daha 30 gün uzadıb.

“RİA Novosti” agentliyinin xəbərinə görə, bu barədə Nazirlər Şurasının baş katibi Mahmud Məkkiyi məlumat verib.

Fövqəladə vəziyyət rejimi sentyabrın 18-dək davam edəcək.

Qeyd edək ki, avqustun 4-də Beyrut limanı yaxınlığında güclü partlayış nəticəsində 178 nəfər ölüb, altı mindən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb, yüzlərlə əmlaka zərər dəyib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər