25 C
Baku
Sunday, April 21, 2024

Bezos “Amazon”un 50 milyona qədər səhmini satmaq niyyətindədir

Amerikalı milyarder Ceff Bezos qurduğu “Amazon” şirkətinin 50 milyona qədər səhmini satmaq niyyətindədir, digər idarəçilər isə şirkətin təxminən 440 min qiymətli kağızını satacaqlar.

Bu korporasiyanın saytında dərc olunan ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının illik hesabatında göstərilib.

Qeyd olunub ki, plan 2023-cü ilin noyabrında razılaşdırılıb. O, Bezosu müəyyən şərtlər altında 31 yanvar 2025-ci ilədək “Amazon”un 50 milyona qədər səhmini satmağa çağırır.

Onların ümumi dəyəri qiymətli kağızların hazırkı qiyməti ilə təxminən 8,6 milyard dollar olacaq.

Məlumatlara görə, korporasiya və onun müxtəlif bölmələrinin rəhbərliyinin ən azı yeddi nümayəndəsi də yaxın illərdə və aylarda Amazon səhmlərini satmağı planlaşdırır. Onlar ümumilikdə 440 minə yaxın qiymətli kağız satmaq niyyətindədirlər.

İxtisaslaşdırılmış media hesablamalarına görə, Bezos hazırda korporasiyanın təxminən 988 milyon səhminə sahibdir. Amazon 1994-cü ildə onlayn kitab mağazası kimi yaradılıb. İndi o, internet vasitəsilə mal və xidmətlər satan dünyanın ən böyük şirkətlərindən biridir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər