24 C
Baku
Cümə, Sentyabr 17, 2021

Bezos “Amazon”un rəhbəri vəzifəsindən istefa edəcəyi tarixi açıqladı

Screen Shot 2021 09 02 at 14.34.20

Dünyanın ən varlı adamı Ceff Bezos “Amazon”un rəhbəri vəzifəsindən 5 iyul tarixində istefa edəcək. Banker.az  “Forbes.ru”ya istinadən xəbər verir ki, bu gündə “Amazon”un 27 yaşı tamam olacaq.

“Bu tarix mənim üçün əlamətdar olduğu üçün onu seçdik”, – deyə Bezos qeyd edib. O, 27 il əvvəl bu gündə rəsmi olaraq “Amazon” şirkətini qurduğunu söyləyib.

“Amazon”un yeni rəhbəri veb-xidmətlərinin rəhbəri Endi Yassi olacaq. “Endi şirkətdə yaxşı tanınıb. O, “Amazon”da demək olar ki, mənim qədər işləyib”, – deyə “Bloomberg” agentliyi qeyd edir. Milyarder Yassinin “görkəmli lider olacağını” əlavə edib.

Xatırladaq ki, Ceff Bezos “Amazon”un baş direktoru vəzifəsindən bu ilin fevral ayında ayrılacağını açıqlayıb. Aprel ayında milyarder şirkətin səhmdarlarına müraciət edib.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər