27 C
Baku
Saturday, July 27, 2024

Bezos daha $2.2 mlrd. dəyərində “Amazon” səhmlərini satıb

“Amazon.com Inc”in qurucusu və keçmiş rəhbəri Ceff Bezos təsdiqlənmiş ticarət planının bir hissəsi olaraq şirkətin daha 2.2 milyard dollarlıq səhmlərini satıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən sənədlərə görə, iş adamı fevralın 16-dan 20-dək “Amazon”un təxminən 14 milyon səhmini satıb. Bildirilir ki, qiymətli kağızların dəyəri 166.41-170.89 dollar arasında dəyişib.

Bundan əvvəl Ceff Bezos şirkətin daha 36 milyon səhmini satmışdı. Beləliklə, o, 2023-cü ilin noyabr ayında təsdiq edilmiş ticarət əməliyyatları planına uyğun olaraq, 50 milyon qiymətli kağızı satıb. Ümumilikdə iş adamı 8 milyard dollardan çox pul qazanıb. “Bloomberg Billionaires” indeksinə görə, Ceff Bezosun ümumi sərvəti 191 milyard dollardır.

Amazon səhmləri son 12 ayda 72% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər