26 C
Baku
Saturday, July 27, 2024

Bezos Maskı keçərək dünyanın ən varlı adamı ola bilər

Əvvəllər dünyanın ən varlı adamı olan Ceff Bezos, İlon Maskı ötüb sərvətini 8 milyard dollar artıra bilsə, “Forbes” milyarderlər siyahısında yenidən birinci yeri tuta bilər. Qeyd edək ki, baş direktorun sərvəti hazırda 205 milyard dollara bərabərdir.

“Amazon”un bahalaşması və “Tesla”nın ucuzlaşması Bezosun xeyrinə çevrilib – milyarderin sərvəti yanvar ayından bu yana 20 milyard dollar artıb. “Amazon şirkətinin səhmləri 13% artaraq onu dünyanın ən varlı adamları reytinqində ikinci yerə çıxarıb.

Lakin Maskın sərvəti 24 milyard dollar azalaraq 205 milyard dollara düşüb. Dekabrın sonunda Bezos “Amazon”un 988 milyon səhminə və ya təxminən 10%-nə, Mask isə “Tesla”nın təxminən 411 milyon səhminə və ya təxminən 13% paya sahib olub.

Son xəbərlər
Digər xəbərlər