7 C
Baku
Şənbə, Yanvar 22, 2022

Bezos son iki gündə təxminən $2 mlrd. dəyərində səhm satıb

“Amazon” şirkətinin qurucusu və rəhbəri Ceff Bezos son iki gündə təxminən 2 milyard dollar dəyərində səhm satıb.

Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) istinadən “CNBC” məlumat verib.

4 may tarixində Bezos 684 milyon dollar, 3 may tarixində isə – 1.27 milyard dollarlıq səhm satıb. Ümumilikdə, milyarderin qazancı 1.95 milyard dollar təşkil edib. Xatırladaq ki, bir həftə əvvəl “Amazon” 2021-ci ilin birinci rübünün maliyyə hesabatını açıqlayıb. Bildirildiyi kimi, pandemiya fonunda şirkətin illik gəliri kəskin artıb.

Keçən il Bezos “Amazon” səhmlərini birjaya iki dəfə çıxarıb – dünyanın ən varlı adamı fevralda 4.1 milyard dollar, noyabrda isə 3 milyard dollar dəyərində səhm satıb. Onun sözlərinə görə, əldə edilən vəsait “Blue Origin” şirkətinin inkişafına yönəldilir.

Bundan əlavə, Bezos “Day One” fonduna da əlavə kapital ayırıb. Xatırladaq ki, fond 2018-ci ilin sentyabrında yaradılıb və yoxsulluqla mübarizə aparır. 2020-ci ilin noyabrında fond bu məqsədlə 98.5 milyon dollar vəsait ayırıb. 2021-ci ilin üçüncü rübündə Bezos “Amazon” şirkətinin baş direktoru vəzifəsini tərk edəcək və bütün diqqətini “Blue Origin” və “One Day” üzərində cəmləşdirəcək. “Amazon”a rəhbərlik Endi Yassiyə veriləcək.

Son xəbərlər
Oxşar xəbərlər