-3 C
Baku
Sunday, December 15, 2024

BFB: Azərbaycanda korporativ istiqrazların həcmi 400 mln. manata çatıb

Azərbaycanda korporativ istiqrazların ümumi dəyəri təxminən 400 milyon manatdır.

Bunu AmCham Yaşıl Maliyyə Konfransında çıxışı zamanı “Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov deyib.

O bildirib ki, bu, bərpa olunan enerji layihəsinin dəyərinə bərabərdir.

Ruslan Xəlilov həmçinin, Azərbaycanda dövriyyədə olan dövlət istiqrazlarının ümumi məbləği təxminən 9 milyard manat olduğunu açıqlayıb.

“Azərbaycanda buraxılan istiqrazların 80%-dən çoxunun ödəmə müddəti 3 ildən artıq deyil. Daha bir narahatlıq doğuran məqam pərakəndə investorların sayının az olmasıdır. Əsas təşəbbüslərimizdən biri pərakəndə investorların bazar payını artırmaqdır” – o əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər