7 C
Baku
Sunday, December 15, 2024

BFB bulud xidmətlərindən yararlanacaq

“Bakı Fond Birjası” QSC məlumatların daimi rezervlənməsi məqsədilə “AzInTelecom”un bulud xidmətlərindən yararlanacaq.

“AzInTelecom”dan verilən məlumata görə, QSC ilkin mərhələdə İaaS (İnfrastructure-as-a-Service) bulud infrastrukturu və BaaS (Backup-as-a-Service) məlumatların daimi rezervlənməsi xidmətini əldə edib.

Nəticədə “Bakı Fond Birjası” məlumat itkisi baş verən zaman onun operativ şəkildə bərpasını və müəssisə üçün mühüm olan məlumatların qorunub saxlanılmasını təmin edir.

Bu xidmətlərin istifadəsi benefisiarlara onların kritik infrastrukturunun fəaliyyət göstəricilərinin yüksəldilməsi, məlumatların təhlükəsizliyi üçün xərclərin azaldılması kimi üstünlüklər verir.

Rezervlənmə xidmətinin əldə edilməsi qurumlara daxili resurs tələbatının azaldılması hesabına xərclərin optimallaşdırılması imkanı verir.
Həmçinin virtual infrastrukturların Data Mərkəzində avtomatlaşdırılmış şəkildə rezervlənməsi, şifrləmə vasitələrindən istifadə etməklə məlumatların müxtəlif məkanlarda saxlanılması bulud infrastrukturu üçün zəruri olan təhlükəsizliyi təmin edir.

Təqdim edilən xidmətlər çərçivəsində istifadəçinin seçiminə əsasən rezervlənmə prosesinin gündəlik, aylıq və ya illik meyarlara əsasən planlaşdırılması mümkündür.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər