8 C
Baku
Wednesday, October 30, 2024

BFB-də AMB-nin 170 mln. manatlıq notları yerləşdirilib

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50103176S dövlət qeydiyyat nömrəli, 170 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az BFB-yə istinadən xəbər verir ki, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 99,5351 AZN (6,00%) olan 24 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 664 086 300 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5351 AZN (6,00%), orta ölçülmüş qiyməti isə 99,5351 AZN (6,00%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 mln. AZN təşkil edib.

 

Notların ödəmə tarixi 5 dekabr 2019-cu ildir.

Son xəbərlər
Digər xəbərlər