12 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

BFB-də Maliyyə Nazirliyinin 25 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0104011777 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən verilən məlumata görə, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı  91,7846 manat (9%) və 93,5349 manat (6,95%) olan 23 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 93,1623 manat (7,3799%) orta ölçülmüş qiyməti 93,2255 manat (7,3068%) müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 87 889 100  manat yerləşdirilən həcmi isə 37,5 mln. manat təşkil edib. İstiqrazların ödəmə tarixi 12.10.2021-ci ildir.

Hərrac iştirakçıları 14 oktyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Son xəbərlər
Oxşar xəbərlər