BFB-də”PAŞA Bank”ın Türkiyədəki törəməsinin istiqrazları listinqə daxil edilib

15 noyabr 2019-cu il tarixində tarixində Bakı Fond Birjasında (BFB) “Paşa Yatırım Bankası”Anonim şirkətinin (Türkiyə) 2 (iki) müxtəlif buraxılışlı istiqrazları əsas bazar seqmentində listinqə daxil edilmiş və 18 noyabr 2019-cu il tarixində təkrar bazarda ticarətinə başlanılacaqdır.

İstiqrazlar haqqında məlumatlar aşağıda qeyd olunmuşdur:

Qiymətli kağızın ISIN kodu AZ2003020172 AZ2002020173
İstiqrazın növü faizli, təmin olunmamış faizli, təmin olunmamış
Emissiya həcmi 25 000 000 USD 25 000 000 USD
Nominal dəyəri 1000 USD 1000 USD
Faiz ödənişləri müddəti Hər kvartalda bir Hər ayda bir
Faiz gəliri 2.95% 2.95%
Ödəmə tarixi 17.04.2022 15.09.2021
Anderrayter Paşa Kapital İŞ QSC Paşa Kapital İŞ QSC

Qeyd edək ki, “Paşa Yatırım Bankası”Anonim şirkətinin istiqrazları ilk dəfə olaraq 13 avqust 2018-ci ildə  BFB-də əsas bazar seqmentində listinqə alınmışdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları