10 C
Baku
Friday, January 9, 2026

BFB-də ilkin səhm bazarındakı həcmlər kiçilib

2025-ci ildə Bakı Fond Birjasında ilkin səhm bazarında dövriyyə kəskin şəkildə azalıb.

Banker.az xəbər verir ki, ilkin bazarda səhmlər üzrə əməliyyatların həcmi cəmi 7.68 mln. manat təşkil edib ki, bu da 2024-cü ildə qeydə alınmış 70.68 mln. manatla müqayisədə təxminən 62.99 mln. manat və ya 89.10% azdır.  2025-ci ildəki rəqəm 2023-cü ildə 4.09 mln. manatı ötsə də, 2022-ci ildəki 14.56 mln. manatdan ikiqat geri qalır. Qeyd edək ki, ötən il əməliyyatların əsas hissəsini ABB-nin (56,53 mln. manat) kütləvi səhm buraxılışı hesabına olmuşdu.

Bunla belə, təkrar səhm bazarında mülayim artım müşahidə olunub. 2025-ci ildə təkrar bazarda səhmlər üzrə dövriyyə 15.77 mln. manata yüksəlib, 2024-cü ildə isə bu göstərici 12.47 mln. manat idi.

Beləliklə, illik artım 3.30 mln. manat və ya təxminən 26.50% təşkil edib. Burada da eyni əsas əməliyyatlar ABB-nin hesabına düşür. ABB həmçinin hazırda məsafədən səhm alış və satışını təşkil edir.

Son xəbərlər
Digər xəbərlər